Rusiyanın hərbi müşaviri Suriyada həlak oldu

Rusiyanın hərbi müşaviri Suriyada həlak oldu
21:38 20 Aprel 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada rusiyalı hərbi məsləhətçi, mayor Oleq Bordov ölüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, rusiyalı zabit döyüşçülərin qarnizona hücumu nəticəsində öldürülüb. Hərbi məsləhətçilər qruplarına daxil olan Bordov Suriya ordusunda hərbi hazırlıq məsələləri üzrə işləyirdi.

Hadisənin hansı bölgədə baş verdiyi barədə məlumat verilməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR