Messi və Ronaldonu öpüşdürdülər - FOTO

Messi və Ronaldonu öpüşdürdülər -   FOTO
22:17 20 Aprel 2017
245 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında bu həftə "El-Klasiko" oynanılacaq. Fanat.Az xəbər verir ki, bazar günü baş tutacaq "Real" - "Barselona" matçından öncə İspaniya küçələrində ilginc görüntülər meydana çıxıb.


Belə ki, avtobus dayanacağına iki komandanın ulduzları - Kriştiano Ronaldo və Lionel Messinin öpüşdüyü qrafiti vurulub. Böyük marağa səbəb olan qrafitinin önündə insanlar şəkil çəkdirir. 


Qrafitini İspaniyada küçə sənətçisi olaraq tanınan Tvboyun çəkdiyi deyilir. O, öz əsərinə "Sevgi kordur" adı verib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-v-ronaldonu-opudurdulr-t57767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR