Əməliyyat etdi, 250 kq çəki itirdi

Əməliyyat etdi, 250 kq çəki itirdi
22:22 20 Aprel 2017
140 Maraqlı
Ölkə mətbuatı
A- A+

Eman Abd əl-Ati əməliyyatdan sonra çəksinin yarısını itirib.
Dünyanın ən ağır qadını sayılan misirli Eman Abd əl-Ati əməliyyatdan sonra çəkisinin yarısını itirib.
Hindistandakı klinikada bariatrik əməliyyat iki ay əvvəl keçirilib.
Lakin onun nəticələri barədə məlumat yalnız indi açıqlanır.
Milli.Az BBC-yə istinadən bildirir ki, bariatrik cərrahiyyə çəkinin tənzimlənməsi və piylənməyə qarşı həyata keçirilir.
Eman Abd əl-Ati əməliyyatdan sonra müalicə kursunu davam etdirir.
Onun nəticələri barədə açıqlamada deyilir ki, çəki itirməkdə davam edən pasient uşaqlıqda keçirdiyi beyin qanamasına görə qismən iflic olub və tutmalardan əziyyət çəkir.
Cərrah Muzzafala Lakdavala əl-Atinin hələ ki, danışmağa çətinlik çəkdiyini deyir.
Qadının qohumlarına əsasən uşaqlıqda insult keçirdikdən sonra yatağda qalan Eman son 25 il ərzində evini tərk etməyib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR