"Shamkir Chess 2017" superturnirinin püşkü atıldı

"Shamkir Chess 2017" superturnirinin püşkü atıldı
22:33 20 Aprel 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2017" superturnirinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi və reytinq favoriti Uesli Soya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub.

1. Radoslav Voytaşek (Polşa) - 10. Vladimir Kramnik (Rusiya)

2. Veselin Topalov (Bolqarıstan) - 9. Maykl Adams (İngiltərə)

3. Uesli So (ABŞ) - 8. Şəhriyar Məmmədyarov (Azərbaycan)

4. Sergey Karyakin (Rusiya) - 7. Pentala Harikrişna (Hindistan)

5. Pavel Elyanov (Ukrayna) - 6. Teymur Rəcəbov (Azərbaycan)

Qeyd edək ki, turnir aprelin 21-də saat 15:30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində start götürəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR