Millimiz 8-ci pillədə

Millimiz 8-ci pillədə
22:47 20 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirin ilk günündə kişilərin yarışında 3, qadınlarda isə 2 dəst olmaqla, ümumilikdə 5 dəst medal öz sahibini tapıb.
 
Millimiz ilk gündə 4 idmançı ilə təmsil olunub ki, onlardan da ikisi mükafatçılar sırasında yer almağı bacarıb. Orxan Səfərov 60, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb.
 
Bu nəticə ilə yığmamız 14 ölkə arasında 8-ci sırada qərarlaşıb.
 
Ukrayna 2 qızıl medalla birinci, hesabında 1 qızıl və 2 gümüş medal olan Rusiya ikinci, Kosovo isə 1 "qızıl", 1 "bürünc"lə üçüncüdü.
 
Qeyd edək ki, sabah kişilərdə və qadınlarda hərəsində iki çəki olmaqla, daha dörd çəkidə qalib və mükafatçıların adlarına aydınlıq gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR