Millimizin baş məşqçisi "Valensiya"ya rəhbərlik edə bilər

Millimizin baş məşqçisi "Valensiya"ya  rəhbərlik edə bilər
23:05 20 Aprel 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan yığma komandasının xorvatiyalı baş məşqçisi Robert Prosineçki İspaniyanın "Valensiya" klubuna rəhbərlik edə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə baş məşqçinin agenti Yaçar Çalisir məlumat verib.
Y.Çalisir "Valensiya"nın onun müştərisi ilə maraqlandığını bildirib.
"Valensiya" Prosineçki ilə danışıqlarda maraqlıdır. "Yarasalar"ın idman direktoru bu barədə mənə şəxsən məlumat verib", - deyə "Weloba" onun sözlərini sitat gətirib.
Prosineçkinin yığma ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR