Siqaret bu orqanı məhv edir

Siqaret bu orqanı məhv edir
23:12 20 Aprel 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Siqaret ürəyi xəstə edir.

Ürək xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sırada gəlir. Siqaretin istifadəsi də ürək sağlamlığına mənfi təsir edən ən əhəmiyyətli faktorlardandır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, siqaretin istifadəsi infarkta və ani ölümlərə də səbəb ola bilər. Ürək xəstəliyi səbəbi ilə əməliyyat keçirən xəstələrin bir çoxunun siqaret çəkməyə davam etdiyini söyləyən mütəxəssislər mövzu barəsində məlumat verdilər: "Gündən-günə tütün məhsullarının istifadəsi artmaqdadır. Siqaret bir çox orqanı məhv etdiyi kimi, ürəyə də böyük zərbə vurur.
Belə ki, 1300 xəstə arasında etdiyimiz araşdırmada ürək sağlamlığının çox zəif olduğunu və tezliklə tədbir alınmasının vacibliyini müşahidə etdik.
Bundan əlavə, siqaretin zərər vurduğu ən böyük digər orqan ağciyərdir. Bu səbəbdən də, siqaret çəkənlərdə xərçəng riski daha yüksəkdir. Ağciyər xərçəngi cəhətdən bir xəstə siqareti tərgitdikdən 5 il sonra, ağciyərdəki toxumada xərçəng riski normal bir xəstə kimi olur, amma ürək xəstəlikləri siqareti tərgitdikdən sonra çox ciddi şəkildə sağalmağa başlayır."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR