Londonda terrorun qarşısı alındı

Londonda terrorun qarşısı alındı
23:43 20 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün İngiltərənin paytaxtı Londonun müxtəlif rayonlarında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Skotlend-Yardın saytında məlumat yerləşdirilib.

"Anti-terror polisinin əməkdaşları bu gün səhər Londonun qərbində 20 yaşlı kişini saxlayıblar", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxs terror aktı hazırlamaqda şübhəli bilinir.

Daha bir saxlanılma Britaniya paytaxtının şimalında həyata keçirilib. Burada söhbət 23 yaşlı qadından gedir.

"O, Belçika federal polisi ilə Suriyaya səfərlərin təşkilinə köməklik göstərilməsi ilə bağlı birgə araşdırma çərçivəsində saxlanılıb. Qadın terror aktı hazırlamaqda şübhəli bilinir", - deyə məlumatda qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR