ABŞ-ın Parisdəki səfirliyinin mühafizəsi gücləndirildi

ABŞ-ın Parisdəki səfirliyinin mühafizəsi gücləndirildi
01:44 21 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.      

 

Qeyd edək ki, bundan əvvəl iki polisin ölməsi, daha birinin yaralanması ilə nəticələnən atışmanın baş verdiyi ərazidə ictimai yerlərdən sakinlərin təxliyəsi davam etdirilir.  

 

Atəş açanlardan biri məhv edilib, digəri isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR