Parisin mərkəzində atışma baş verib, iki polis ölüb

Parisin mərkəzində atışma baş verib, iki polis ölüb
07:22 21 Aprel 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa paytaxtında silahlı insident olub. Milli.Az APA-ya istinadən xəbər verir ki, silahlı şəxs polisləri atəşə tutub. İnsident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb. Atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib.

Hadisə Parisin mərkəzində, "Yelisey çölləri" adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.
 
Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir. İnsidentin terror aktı olduğu istisna edilmir. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür. Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.

Daha sonra Parisin mərkəzində daha bir atışma baş verib. İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR