Parisdə atəş açan şəxs haqqında maraqlı fakt

Parisdə atəş açan şəxs haqqında maraqlı fakt
08:47 21 Aprel 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Parisin mərkəzində ötən gün axşam polis patruluna atəş açan şəxs əvvəllər də polisə silahlı hücum etdiyinə görə məhkum olunubmuş.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb. Məlumata görə, 39 yaxşı  şəxs bundan əvvəl onun avtomobilini saxlayan polis əməkdaşlarına atəş açdığına görə məhkumluq həyatı yaşayıb. Bundan başqa o, penitensiar müəssisəsinin əməkdaşına hücum edibmiş.

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, daha iki nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR