Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib

Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib
08:57 21 Aprel 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı "Erebuni" hərbi bazasında gecə uçuşları keçirib. Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

"Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı "Erebuni" aviabazasının tərkibindəki "Mi-24" hücum və "Mi-8MTŞ" nəqliyyat helikopterlərinin heyətləri  gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib", - deyə Astafyev bildirib.

O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.

"Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir" - deyə Astafyev bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR