Həkimlərin "öləcək" dediyi uşaq dünya ulduzu oldu

Həkimlərin "öləcək" dediyi uşaq dünya ulduzu oldu
09:07 21 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Monako"nun futbolçusu Kamil Qlik maraqlı etiraflar edib. Fanat.Az xəbər verir ki, "Borussiya"nı (Dortmund) iki oyunda yenərək Çempionlar Liqasının yarımfinalına yüksələn komandanın formasını geyinən polşalı mərkəz müdafiəçisi həyat hekayəsini danışıb.


Kamil bildirib ki, uşaq vaxtı ürəyində problem yaranıb və həkimlər onun üçün "yaşamayacaq, öləcək" deyib. 29 yaşlı futbolçunun sözlərinə görə, ondan əvvəl bu xəstəlikdən əziyyət çəkənlərdən sadəcə birinin həyatını xilas etmək mümkün olub, qalanları ölüb. Qlik bu sözlərin ona əlavə güc verdiyini və həyata daha çox bağladığını deyib.


Gənclik karyerası ərzində iki mövsüm qapıçılıq etdiyini etiraf edən futbolçu "Qapıçımızın qolu sınmışdı və boyum uzun olduğu üçün məni qapıçı etdilər. Bu işi əvvəlcə sevmişdim. Məşqçilər də yavaş-yavaş məni qapıçı hesab etməyə başlamışdı" deyib.


Qeyd edək ki, Kamil Qlik ötən yay "Torino"dan "Monako"ya 11 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub. Cari mövsümdə 46 rəsmi oyuna çıxıb və 7 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hkimlrin-quotolckquot-dediyi-uaq-dunya-ulduzu-oldu-t57770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR