Bu gün Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olacaq

Bu gün Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olacaq
09:17 21 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası final uğrunda mübarizə aparacaqlar.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər.
 
"Real" (Madrid, İspaniya), "Monako" (Fransa), "Yuventus" (Turin, İtaliya), "Atletiko" (Madrid, İspaniya)
 
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
 
Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR