Avroliqanın PÜŞKÜ atılacaq

Avroliqanın PÜŞKÜ atılacaq
09:42 21 Aprel 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında yarımfinalın püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində son 4-ə qalan komandalar final yolundakı rəqiblərini tanıyacaqlar.

Mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
 
Avroliqanın yarımfinalında aşağıdakı komandalar mübarizə aparacaqlar.
 
"Ayak" (Amsterdam, Hollandiya)
"Selta" (Viqo, İspaniya)
"Lion" (Fransa)
"Mançester Yunayted" (İngiltərə)
 
Püşkatma açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
 
Qeyd edək ki, yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Turnirin final matçı isə mayın 24-də İsveçin paytaxtı Stokholmda, "Friends Arena in Solna"da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR