"Artıq bu iş bitdi" - Şenol Günəş

"Artıq bu iş bitdi" -   Şenol Günəş
09:57 21 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Lion"la oyunla bağlı danışıb. Fanat.Az xəbər verir ki, türk mütəxəssis oyundan sonra bunları deyib: 


"Hər şeyə rəğmən alnımız açıq, başımız dikdir. Avropadakı 12 matçdan 5-də qələbə qazandıq, 5 heç-heçə etdik. Sadəcə 2 dəfə yenildik. Beynəlxalq arenada əzildiyimizi düşünmürəm. Sadəcə "Dinamo" (Kiyev) matçı var ki, orda da başqa olaylar oldu. Penalti seriyası üçün öncədən hazırlaşmışdıq. Bəzən penalti üçün meydana oyunçu buraxırsan, amma vura bilmir. Artıq bu iş bitdi. Gələcəyə baxırıq. Gələn mövsüm Çempionlar Liqasında çıxış edib, qrupdan çıxmaq istəyirik".


Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Lion" 2:1 hesablı qələbə qazanıb. Cavab matçında isə "Beşiktaş" eyni hesaba sevinib. Qalib isə penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan "Lion" yarımfinala çıxıb - 7:6.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotartq-bu-i-bitdiquot-t57773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR