Zakir Qaralovdan yeni TƏYİNATLAR: Azər Vahabzadə təqaüdə göndərildi

Zakir Qaralovdan yeni TƏYİNATLAR: Azər Vahabzadə təqaüdə göndərildi
09:59 21 Aprel 2017
156 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

 

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

 

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR