Zakir Qaralov Xalq şairinin oğlunu təqaüdə göndərdi

Zakir Qaralov Xalq şairinin oğlunu təqaüdə göndərdi
10:03 21 Aprel 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Qeyd edək ki, A.Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/195891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR