İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürdü
10:12 21 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması bu gecə Fransanın paytaxtı Parisdəki terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland da hadisəni terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Şanzelize küçəsində AK markalı avtomat silahdan atəş açılması nəticəsində bir polis ölüb, ikisi yaralanıb.

Hücum edən iki nəfərdən birinin zərərsizləşdirildiyi bildirilir. Digərinin tutulması üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR