Çempionlar Liqasında püşk həyacanı - YENİLƏNİR

Çempionlar Liqasında püşk həyacanı -   YENİLƏNİR
10:17 21 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.


Püşkatmada qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası rəqiblərini tanıyacaq. Bu mərhələyə İspaniyanın "Real", "Atletiko", İtaliyanın "Yuventus" və Fransanın "Monako" klubları vəsiqə qazanıb. 


Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.

 

Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-puk-hyacan-t57774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR