Azərbaycana it-pişik idxal edilir - RƏSMİ

Azərbaycana it-pişik idxal edilir - RƏSMİ
10:17 21 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 445 baş damazlıq heyvan gətirilib.

Milli.Az xəbər verir ki, bu haqda modern.az-a Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
 
Y.Xanvəli qeyd edib ki, bu il Azərbaycana diri at və uzunqulaq idxal olunmayıb:
"Kəsim üçün gətirilən heyvanlar 15 min 374 baş, kəsim üçün gətirilən xırdabuynuzlu heyvanlar 858 başdır. Eyni zamanda, 640050 baş bir günlük cücələr idxal edilib. Diri quşların sayı 30 000-dir. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana diri at və eşşək idxal edilməyib".
 
DBX rəsmisi deyib ki, ötən il ölkəyə gətirilən damazlıq heyvan 1722 baş olub:
 
"Kəsim üçün 23 765 baş, ümumilikdə gətirilən iribuynuzlu heyvanların sayı 28 487 baş olub. Ümumilikdə 67 525 baş xıdabuynuzlu heyvan gətirilib ki, onlardan 25-i damazlıq üçün, 67500-ü kəsim üçün idi".
 
Y.Xanvəlinin sözlərinə görə, ölkəyə həm də it və pişik idxal edilib:
"Ötən il Azərbaycana 5 baş at gətirilib. İdxal edilən diri heyvanlar arasında eşşək yoxdur. Bundan başqa 342 arı ailəsi, 1645 ana arı gətirilib. 154 baş it və pişik balası gətirilib. Birgünlük cücələrin sayı 2 864 729-dur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR