""Naz Lifan" zavodu fəaliyyətini dayandırmayıb" - RƏSMİ - VİDEO

""Naz Lifan" zavodu fəaliyyətini dayandırmayıb" - RƏSMİ - VİDEO
10:39 21 Aprel 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən gün Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

 

Naxcivantv.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Naz Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır: “Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranmışdı. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “Naz Lifan 820” və “Naz Lifan 620” modellərinin satışı həyata keçirilib. Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda  15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır”. (Qafqazinfo)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR