Bakı-Quba yolunda qəza

Bakı-Quba yolunda iki avtomobil toqquşub.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:15-də başa çatıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR