"Anama görə həyatım təhlükədə" - Tatlıses - FOTO

"Anama görə həyatım təhlükədə" - Tatlıses - FOTO
11:22 21 Aprel 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

İbrahim Tatlısesin müğənni oğlu İdo Tatlıses "Uçankuş TV"də yayımlanan "Gece Kuşu" verilişinə qonaq olub.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, İdo Tatlıses anası Derya Tunanın onu qısqandığını ifadə edərək maraqlı açıqlamalar verib.

Gənc müğənni gülüşün əskik olmadığı proqramda mövzu münasibətlərə gəlincə "Anam (Derya Tuna) məni çox qısqanır. Anama görə, həyatmın təhlükədə olduğunu düşünürəm, ya da birlikdə olacağım insanın həyatının təhlükədə olacağını düşünürəm" sözləri ilə zarafatından qalmayıb.

"Əslində, həyatımda istədiyim anam kimi biri olmağıdır, amma təcrübələrimə əsaslanaraq deyirəm ki, elə bir qız yoxdur", - söyləyən İdo qız tanışlarının anasından bir az çəkindiklərini də sözlərinə əlavə edib.

Canlı yayıma telefonla bağlanan Derya Tuna "Qız tanışlarına burun qırışdırırmışam. Əsla elə bir şey etmədim, şişirdir. Yalnız bir neçəsinə etmişəm" deyib.
 
Digər tərəfdən Tuna "İdoya qız axtarıram. Onun xoşbəxtliyi mənim xoşbəxtliyimdir" deyərək hər kəsi çaş-baş salıb.

Məhəmməd Vaqif
Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR