Ən yaxşı fotolar seçildi - FOTO

Ən yaxşı fotolar seçildi - FOTO
11:27 21 Aprel 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur və ən nüfuzlu fotomüsabiqəsi sayılan "Sony Photography Awards 2017" başa çatıb.

Milli.Az The Guardian-a istinadən bildirir ki, qalib fotolar dünən Londondakı "Somerset House"da keçirilmiş təntənəli mərasimdə elan olunub.

Müsabiqədə 10 kateqoriyada ən yaxşf fotolar seçilib.

Əsas kateqoriyanın triumfatoru "Xəbərlər və gündəm" kateqoriyasında bütün rəqiblərini üstələmiş italyan fotoqraf Alessio Romenzinin əsəri olub.

Romenzinn fotosunda Liviyanın Əl Ciza bölgəsində İŞİD terrorçuların mühasirəsinə düşmüş liviyalı döyüşçülər əks olunub.

"İlin fotoqrafı" adına belçikalı Frederik Baykke layiq bilinib və o, 25 min dollarlıq mükafat alıb. Onun "Whiteout" seriasındakı "Albaniya dağları" fotosu isə "İlin fotosu" seçilib. Fotoda Albaniya dağlarındakı qış təsvir olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR