Moskva İranı iyunda bu təşkilata üzv edəcək

Moskva İranı iyunda bu təşkilata üzv edəcək
11:48 21 Aprel 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Ümid edirik ki, dövlət başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa biləcəklər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri şurasının iclasında deyib.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvini xatırladan Lavrov bildirb ki, indi İranın ŞƏT-ə qoşulması üzvlük meyarlarına tamamilə uyğundur.

Görüş ŞƏT-in dövlət başçılarının iyun sammiti üçün son hazırlıq mərhələsi daşıyır.

Qeyd edək ki,ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 5 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Monqolustan, Hindistan, Pakistan, İran, Əfqanıstan və Belarus ŞƏT-də müşahidəçi, Şri-Lanka, Türkiyə, Azərbaycan, Ermənistan, Kamboca və Nepal isə dialoq üzrə tərəfdaş statusuna sahibdir.

2015-ci il iyulun 10-da ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR