Trampdan İrana TƏHDİD: “Sözümüz bitmədi!”

Trampdan İrana TƏHDİD: “Sözümüz bitmədi!”
12:13 21 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

“İran “altılıq” ölkələri ilə 2015-ci ildə imzaladığı nüvə razılaşmasının ruhuna uyğun davranmır. Davranmaq məcburiyyətindədir, amma bunu etmir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Qorxunc bir anlaşma idi, əsla imzalanmamalı idi. Mən bütün razılaşmaların tərəfdarıyam, amma bu, gördüyüm ən pis razılaşmadır. İran razılaşmanın ruhuna uyğun hərəkət etmir. Biz mövzunu çox diqqətlə analiz edirik və yaxın vaxtlarda bu mövzuda deyəcək sözlərimiz olacaq”, - ABŞ prezidenti bildirib.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb. “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", - R.Tillerson vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR