Əhmədinejat prezident seçkilərinə buraxılmadı

Əhmədinejat prezident seçkilərinə buraxılmadı
12:39 21 Aprel 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejat prezident seçkilərinə buraxılmayıb.
 
APA TV-nin məlumatına görə, seçkilərə qatılacaq namizədlərin müraciətlərini araşdıran Konstitusiyanı Müdafiə Şurası onun namizədliyinə veto qoyub. Şura daha öncə də bir neçə müraciəti geri qaytarıb.
 
Seçki bülletenlərində isə prezidentliyə altı namizədin adları olacaq. Bunlar hazırkı prezident Həsən Ruhani, Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmməd Bağır Qalibaf və Mustafa Haşimi Tabadır.
 
Mayın 19-da keçiriləcək prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin qələbə çalacağı təxmin olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR