Bakıda zədələnən futbolçu sağalmır

Bakıda zədələnən futbolçu sağalmır
12:47 21 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Andre Şürrle uzun müddətdi komandadan ayrı qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun zədəsi sağalmaq bilmir.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasının qəhrəmanı olan 26 yaşlı oyunçu ilə bağlı klubundan yeni açıqlama verilib. Məhz həmin görüşdə topuğundan xəsarət aldığı bildirilən Şürrle o vaxtdan bəri "Borussiya"nın heyətində meydana çıxa bilməyib. Klubun həkimləri onun hələ bir müddət də məşqlərdən kənarda qalacağını vurğulayıblar.

"Borussiya"nın baş məşqçisi Tomas Tuhel futbolçunun ağrılarının davam etdiyini deyib: "Təəssüf ki, Şürrle kollektivə bir az gec qoşulacaq. Çünki ayaq sümüyü hələ də ağrıyır".

Almaniya KİV-i milli komandanın üzvünün cari mövsümdə meydana çıxmamaq ehtimalının olduğunu da əlavə edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan - Almaniya matçında Andre Şürrle 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Bundestimin 4:1 hesabı ilə qalib gəldiyi oyunu futbolçu əvəz edilmədən keçirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR