Ruhi uşaqlarının atası ilə barışdı - MİLYONLUQ EVLƏR, MAŞIN...

Ruhi uşaqlarının atası ilə barışdı - MİLYONLUQ EVLƏR, MAŞIN...
12:54 21 Aprel 2017
244 Digər
Ölkə mətbuatı
A- A+

 

Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Lent.az-ın bakipost.az-a istinadən verdiyi xəbərə görə, ifaçının uşaqlarının atası, azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.

 

Keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub.



Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.



Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus” markalı avtomobil hədiyyə etdiyi bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR