"Milan"ı "Real"a dəyişməkdən imtina etdi

"Milan"ı "Real"a dəyişməkdən imtina etdi
12:57 21 Aprel 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Milan" klubunun vitse-prezidenti Adriano Qalliani Madrid "Real"ının texniki direktoru olmaq barədə təklifdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Real"ın prezidenti Florentino Peres Qallianini klubun texniki direktoru qismində görməkdə çox istəkli olub. Lakin italiyalı ona edilən təklifə imtina cavabı verib. Ona "A" Seriyası və ya İtaliya Futbol Federasiyasının rəhbəri vəzifəsinin verilməsi nəzərdə tutulur.

Aprelin 13-də "Milan"ın Çin səhmdarlarına satışı üzrə anlaşma rəsmən tamamlanıb. Klubun səhmlərinin 99,9%-i çinlilərə satılıb. Sövdələşmənin ümumi dəyəri klubun borcları da daxil olmaqla 740 avro təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR