FIFA “Qarabağ”ı təbrik etdi

FIFA “Qarabağ”ı təbrik etdi
13:27 21 Aprel 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu dəfə FIFA Ağdam klubunu təbrik edib.

 

Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

 

FIFA-nın prezidenti “Qarabağ”a daha böyük uğurlar arzulayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-qaraba-tbrik-etdi-t57782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR