5 minə yaxın siqareti avtomobildə gizlətdi

5 minə yaxın siqareti avtomobildə gizlətdi
13:32 21 Aprel 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrük nəzarətindən gizlədilən 5 minə yaxın siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR