Rusiyada FTX-nin binasına silahlı hücum: ölənlər var

Rusiyada FTX-nin binasına silahlı hücum: ölənlər var
13:52 21 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.  

Məlumata görə, binaya hücum edən şəxs məhv edilib. 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR