Elza Seyidcahanın kitabı çapdan çıxacaq

Əməkdar artist, müğənni, bəstəkar və son illərin şairəsi olaraq tanınan Elza Seyidcahandan sevənlərinə xoş xəbər var.

Metbuat.az xəbər verir ki, müğənni bu günə qədər yazdığı şeirləri bir araya toplayaraq kitab halına gətirəcək:

“İnsanlar məndən yeni şeirlər tələb edirlər, gözləyirlər. Demək ki, mənə və şeirlərimə tələbat var. Ona görə də bu yaxınlarda yeni şeirlərim olacaq. Ancaq onu da deyim ki, bundan sonra şeirlərimi tək-tək oxumalı olmaycaqsınız. Çünki şeirlərimdən ibarət olan kitabım işıq üzü görəcək”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR