Nazirlərin görüşü aprelin 27-də keçirilə bilər

Nazirlərin görüşü aprelin 27-də keçirilə bilər
13:59 21 Aprel 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
 
Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
 
Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
 
Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay APA-ya müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR