"Real" Ronaldonu polşalı ulduza minnətçi saldı - TƏFƏRRÜAT

"Real" Ronaldonu polşalı ulduza minnətçi saldı  - TƏFƏRRÜAT
14:17 21 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Münhen “Bavariya”sının forvardı Robert Levandovski Madrid “Real”ına keçə bilər. Fanat.Az AS-a istinadən xəbər verir ki, Çempionlar Liqasının bu həftə baş tutan “Real” – “Bavariya” oyunundan sonra Kriştiano Ronaldo polşalı hücumçuyla bu haqda danışıb.

Superulduz Levandovskiyə madridlilərin start heyətində meydana çıxacağıyla bağlı təminat verib və “Bavariya”dakından çox qazanacağını bildirib.

Qeyd edək ki, bunadək “Real” Polşa yığmasının kapitanını yayda heyətinə qatmaq istəyini ortaya qoymuşdu. Levandovski isə təklifi geri çevirərək, Almaniya təmsilçisiylə olan müqaviləsini yeniləmişdi. İspaniya mətbuatı Kriştianonun Roberti yola gətirəcəyini iddia edir.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-ronaldonu-polal-ulduza-minntci-sald-t57783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR