Zaur: "Deyirlər ki, yekəxana və dikbaşsan"

Zaur: "Deyirlər ki, yekəxana və dikbaşsan"
14:17 21 Aprel 2017
204 Şou
Ölkə mətbuatı
A- A+

Efirdən hamı məni yekəxana, lovğa, dikbaş kimi tanıyır. Həyatda belə deyiləm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib.

Aparıcı ona "yekəxana" deyənlərə cavab verib:

"Həyatda məni görən, söhbət edən deyir ki, səninlə oturub saatlarla danışarıq. Bu, efirdə yaratdığım imicdir. Əslində, utancaq biriyəm".

Z.Kamal heç vaxt efirə qrimlə çıxmadığını söyləyib:

"Efirə çıxanların çoxu üzünə qrim vurur. Rəhbərlik də hər zaman bunu mənə irad tutur. Deyir ki, belə səhvdir, efirdə qrim et. Qaşınıram, edə bilmirəm. 

Bəzi müğənnilər yaşlananda üzünü dartdırır. Allah uzaq eləsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/537396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR