Vera Brejnevanın möhtəşəm konserti - FOTOLAR

Vera Brejnevanın möhtəşəm konserti - FOTOLAR
14:48 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

“Təyyarəmiz axşam çatdığı üçün şəhəri müşahidə edə bilməmişdim. Odur ki, səhər yuxadan duran kimi tanışlıq üçün balkona çıxdım və Bakıya heyran qaldım. O qədər gözəldir ki, oturub saatlarla sadəcə şəhərin mənzələrinə baxmaq və heç bir iş görmək istəmirsən. Amma bu şəhəri gözəl edən onun istiqanlı və qonaqpərvər sakinləridir. Sizi sevirəm! Nə yaxşı ki, gəlmisiniz!”

Publika.az xəbər verir ki, bu sözləri dünən Heydər Əliyev Sarayında “НОМЕР 1” adlı möhtşəm konsert proqramı ilə çıxış edən ukraynalı müğənni Vera Brejneva deyib. Konserti “Доброе утро” mahnısı ilə açıq elan edən ifaçı daha sonra təəssüratlarını bölüşüb.

“Bəli, bir neçə günlük Bakının qonağıyam, amma bu bir saat ərzində sarayın sahibi mən, siz isə mənim qonaqlarım olacaqsınız. Narahat olmayın, xeyirxah ev sahibiyəm, zalda oturan hər kəsə əylənməyə, rəqs etməyə, çoxlu şəkil və videolar çəkməyə icazə verirəm. Bu gecə bizimdir, ürəyiniz istədiyinizi edə bilərsiniz” - deyərək müğənni tamaşaçılarını həvəsləndirdi.

Daha sonra pərəstişkarlarını bir daha salamlayaraq “Любовь в большом городе” mahnısı ərmağan etdi. Ulduz növbəti səsləndirdiyi “Бессонница” mahnısı ilə gecənin qonaqlarını həzin bir yaz günündə nağıllar aləminə apardı:

“İki insan bir-birinin xoşuna gələndə eyni dalğada olur. Bu zala da məni sevən və mənim dalğamda olmaq istəyənlər toplaşıb. Gecəni mənə hədiyyə etdiyiniz üçün sizə təşəkkür edirəm. Bakını gəzməyə hələ ki, imkanım olmayıb. Gəlin elə təssəvvür edək ki, mahnılarımın sadəları altında siz və mən şəhəri gəzməyə çıxmışıq.Yuxusuz qalmağa nə deyirsiniz?”.

Mahnının melodiyalarından asılı olaraq dəyişən səhnə dekorasiyası və sayrışan işıqların fonunda rəqs edən ulduzun plastikası konsertin ən yaddaqalan məqamları idi. Yeri gəlmişkən, Vera Brejnevanı müşayiət edən rəqs qrupunu vurğulamasaq, olmaz.

Veranın bir-iki mahnıdan sonra paltarını dəyişməsi onu göstərirdir ki, o, bu kosertə həm uzun müddət, həm də yüksək səviyyədə hazırlıq görüb. Səhnə kostyumlarını dəyişmək üçün kulisə keçən və cəmi bir neçə saniədən sonra qayıdan ulduzun peşəkarlığına təəccüb etməmək əldə deyildi. 1 saat ərzində 6 parlaq səhnə kostumu dəyişməsi konsertə ayrı bir rəngarənglik qatdı.

Dəfələrlə Rusiyanın “Seks simvolu” seçilən ulduzun gözəlliyi tamaşaçıları və məni o qədər valeh etmişdi ki, musiqini ahənginə qapılıb onu müşayiət etməyə çəkinirdik. İfaçı tamaşaçıların utandığını və çəkindiyini sanki hiss edir və özünün də həyəcanlı olduğunu gizlətmirdi. Sevgi və heyranlıqdan doğan utancaqlığı aradan qaldırmaq üçün ifaçı “Nirvana” mahnsı ilə tamaşaçıları öz emosiyalarını gizlətməməyə dəvət etdi və əlbəttə ki, peşəkarlıq öz sözün dedi. Odur ki, heç kim sakit dayanmaq istəmir, ya ayaqüstə, ya da yerində mümkün olduğu və bacardığı qədər rəqs etməyə çalışırdı.

Bakıda solo konsertlə çıxış etməyi çoxdan arzulayan ulduz burada olmaqdan məmnunluğunu dilə gətirməyi unutmadı. Bakıda gördüklərini heç yerdə görmədiyini Vera şəhərimizi postsovet məkanında nömrə bir adlandırdı və “Номер 1” də doğma şəhərimizə həsr etdi.

Müğənni dinamik və oynaq mahnılarını kor-koranə oxumur, musiqi və sözlərin onda yaratdığı təəssüratları tamaşaçılarla bölüşürdü. Məsələn, “Любовь на расстоянии” kompozisyası haqqında fikirlərini belə ifadə etdi:

“Sözlər, hərəkətlər zaman keçdikcə unudulur və yalnız hiss etdiyimiz müsbət emosiyalar yaddaşımızda həmişəlik qalır. Bu emosiyaları təsvir etmək, çatdırmaq və unutmaq mümkün deyil! Ötən illər göstərir ki, sevgi həqiqətən də mövcuddur. Sabah mən gedirəm, sevgim isə sizinlə qalacaq”.

"Baku Shopping" festivalından xəbər tutan ulduz hər bir xanım kimi alış-veriş etməyi çox sevdiyini “Via qra” qrupunda çıxış etdiyi zaman məşhur olan “Бриллианты” kompozisiyası vasitəsi ilə elan etdi:

“Şopinq festivalına gedən var? Təəssüf ki, getməyə imkanım olmadı, mənim yerimə də alış-veriş edin, qızlar. Görəsən, orada ucuz brilyantlar var? Axı brilyantlar qızların ən yaxşı rəfiqələrdir. Əminəm ki, qızlar məni dəstəkləyəcək. “Бриллианты” mahnısını qızlar üçün oxusam da, əsas mesaj kişilərə ötürülür. Kişilər, yəqin ki, nə demək istədiyimi başa düşdünüz”.

Sözsüz ki, bu nitqdən sonra “Brilyantlar qızların ən yaxşı rəfiqələridir” nəqarətinə laqeyd qalmaq mümkün deyildi. Xanım tamaşaçılar bu mahnıda ulduzu əvvəldən sonacan müşayitə etdilər, kişilər isə sadəcə təbəssümlə cavab verməklə kifayətlənməli oldu.

Konsertin sona yaxınlaşdığını hiss edən, lakin onun bitməsini istəməyən tamaşaçılar rəqs etməyə, gecənin qəhrəmanını alqış yağışına tutmağa davam edirdi. Vera isə səxavətlə bütün müsbət emosiya və pozitv enerjisini dinləyicisinə ötürməyə çalışır, hər dəqiqənin əla keçməsi üçün əlindən gələni edirdi.

Müğənni bu konsertdə populyar mahnıları ilə yanaşı, Rusiyada məşhur olan “Оттепель” və “Помоги Мне” kompozisiyasını özünəməxsus şəkildə yenidən səsləndirdi.

Məlum məsələdir ki, zalın aktiv olmasını müğənnini daha da ruhlandırır. Elə Vera da “Хороший день” mahnısı ilə günün onun üçün əla keçdiyini bildirir və ona gül gətirən dinləyicilərinə eşqini etiraf edirdi.

Növbəti dəfə V.Brejneva sözləri özünə aid olan “Девочка моя” mahnısını səsləndirməzdən əvvəl hər bir qadının arxalana biləcəyi və istənilən vəziyyətdə “Unutma ki, mən hər zaman sənin yanındayam” deyə biləcək güclü kişi çiynininə ehtiyac duyduğunu xüsusi olaraq vurğuladı. Və qonaqları lirik notlara kökləyib unudulmaz dəqiqələr yaşatdı.

İnanılmaz isti aura ilə qarşılandığına görə tamaşaçılara minnətdarlığını bildirən ulduz konserti “Любовь спасет мир” mahnısı ilə bağladı və onları çox intizarda saxlmayacağını deyib növbəti görüşə vəd verdi. Tamaşaçılar da öz növbəsində Veranı ayaqüstə alqışlayaraq yola saldı.

Aytən

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlandı

23 Aprel 2017 22:08

Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb

23 Aprel 2017 22:05

Avtomobil təmiri sexində "VAZ" yandı

23 Aprel 2017 21:59

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08