Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək

Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək
15:37 21 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə Rusiyaya gedib. Onun Ermənistanı birdəfəlik tərk edəcəyi bildirilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Jamanak" nəşri məlumat yayıb.

İddia olunur ki, Ohanyan Rusiyada keçirdiyi görüşlərdən sonra siyasi platforma ilə vidalaşacaq və bu ölkədə yaşayacaq. Hətta Ohanyanın Rusiya ordusunda xidmət edəcəyi də istisna edilmir.

Məlumata görə, Ohanyan vaxtilə həmkarı olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə sıx təmasdadır.

Digər bir iddiaya görə, Ohanyan rus ordusunun təhsil müəssisələrinin birinə rəhbərlik edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR