PFL mərkəzi oyunun gününü dəyişdi - SƏBƏB

PFL mərkəzi oyunun gününü dəyişdi -   SƏBƏB
15:47 21 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXVII turunun “Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib. Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. 


Görüşün start fiti 24 aprel saat 14.30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Bildiyiniz kimi, “Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadılar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.


Topaz Premyer Liqasının 2016/17 mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq kuboku və qızıl medallar XXVII turda veriləcək. Belə ki, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pfl-mrkzi-oyunun-gununu-dyidi-t57787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR