"Qəbələ" Milan "İnter"inə uduzdu - VİDEO

"Qəbələ" Milan "İnter"inə uduzdu -   VİDEO
16:07 21 Aprel 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin U-16 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib. Fanat.A xəbər verir ki, aprelin 20-25-də keçiriləcək yarışın ilk oyunu geridə qalıb. 


“Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qolunu Məhəmməd Məhərrəmov vurub. 


Şəhruz Mustafayevin komandası ikinci oyunda meydan sahibi Tiflis "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün, saat 16.00-da keçiriləcək. "Qəbələ" qrupdakı digər rəqibi Belçika "Gent"i olacaq. Matç sabah - aprelin 22-də keçiriləcək.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-milan-quotnterquotin-uduzdu-t57789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR