İslamiada vaxtı bu işlər gecə görülməlidir - RƏSMİ

İslamiada vaxtı bu işlər gecə görülməlidir - RƏSMİ
16:42 21 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti İslamiada vaxtı təsərrüfat işlərinin gecə saatlarında görülməsi ilə bağlı sərəncam verib.

Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR