Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlər - DİQQƏT!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Metbuat.az-a verilən məlumata görə, həmin bakalavrlar aprelin 21-dən 30-dək DİM-in internet saytında qeydiyyatdan keçməli və 3 – 5 may 2017-ci il tarixində qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 21 – 30 aprel 2017-ci il tarixlərində DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2 may 2017-ci il tarixində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 5 may 2017-ci il tarixlərində vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:

Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

Şifahi müsahibə;

Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi;

İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında dərc ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Belaruslu gimnastlar: Bakı bizə bol təəssürat bağışladı

30 Aprel 2017 18:36

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

30 Aprel 2017 18:32

Neymar bombası "partlayır"

30 Aprel 2017 18:31

Yevlaxda silah qumbarası tapılıb

30 Aprel 2017 18:29

Qadın həbsxanasında seksual cinayətlərin ŞOK FAKTLARI

30 Aprel 2017 18:28

Neymar dünyanın ən bahalı futbolçusu ola bilər

30 Aprel 2017 18:19

Bali adasının ən gözəl çimərlikləri - FOTOLAR

30 Aprel 2017 18:18

Aleyna Tilki estetik əməliyyatdan sonra - FOTO

30 Aprel 2017 18:12

"Atletico" 60 illik nəticəsini təkrarladı

30 Aprel 2017 18:12

Naringinin insanlara xeyri

30 Aprel 2017 18:08

Azərbaycanda nə qədər tələbə var?

30 Aprel 2017 18:05

“Qəbələ” rekordu təkrarladı

30 Aprel 2017 18:04

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 18:03

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

30 Aprel 2017 18:02

Cocuq Mərcanlıda gün ərzində 1 867 qəlpə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

30 Aprel 2017 18:01

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

30 Aprel 2017 17:59

Facebook-un gəlirləri AÇIQLANDI

30 Aprel 2017 17:57

Pitbul küçədə oynayan uşağı parçaladı - VİDEO

30 Aprel 2017 17:53

AFFA-nın baş katibi: "Prosineçkinin mövsümlərarası fasilədə xarici kluba keçmək ehtimalı yoxdur"

30 Aprel 2017 17:52

Tarixində 52-ci dəfə ölkə çempionu oldu

30 Aprel 2017 17:52

Şəhriyar Məmmədyarov ən güclü oldu

30 Aprel 2017 17:44

Anaları kimi ağlayırlar

30 Aprel 2017 17:44

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 17:43

Azərbaycan şou-biznesi İnstagramda - FOTO

30 Aprel 2017 17:37

Rusiyanın plus-size modeli ən yaxşılar sıyahısına düşdü

30 Aprel 2017 17:33

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:32

Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda

30 Aprel 2017 17:31

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - RƏSMİ MƏLUMAT

30 Aprel 2017 17:23

4 nəfər güllələndi - Dəhşətli hadisə

30 Aprel 2017 17:22

"Latsio" "Roma"nı səfərdə məğlub edib

30 Aprel 2017 17:22

Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

30 Aprel 2017 17:19

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:16

Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

30 Aprel 2017 17:15

"Qəbələ"nin sabiq futbolçusu mükafatlandırıldı - Rəqibi xilas edib

30 Aprel 2017 17:12

Belarus gimnastı: "Bakıda belə ab-havada çıxış etmək çox xoşuma gəldi"

30 Aprel 2017 17:08

Şabranın ən ağır seyidi haqqında bilinməyənlər: Lal qızın dilini necə açdı?

30 Aprel 2017 17:08

Mətanətin keçmiş toyunun görüntüləri yayıldı

30 Aprel 2017 17:08

Xamneyidən SƏRT AÇIQLAMA: "Müharibə təhlükəsini..."

30 Aprel 2017 17:05

Dünyanı tərsinə göstərən illüstrasiyalar - FOTOLAR

30 Aprel 2017 16:58

3 islamçı edam olunacaq

30 Aprel 2017 16:56

"Qardaşım, köçürə bildin?" - Qəbul imtahanında MARAQLI PANKART

30 Aprel 2017 16:52

"Bakı Marafonu 2017"-nin qalibləri - FOTO

30 Aprel 2017 16:52

Misirdə üç islamçı edam olunacaq

30 Aprel 2017 16:50

“Əl-Qaidə”nin 5 üzvü öldürülüb

30 Aprel 2017 16:49

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 16:48

Bakı Marafonu 2017-nin qalibləri (FOTO)

30 Aprel 2017 16:43

Dovşanların amansız döyüşü maraq doğurur

30 Aprel 2017 16:43

Tərcümə olunmayan sözlər - FOTOLAR

30 Aprel 2017 16:38

Evi təmir edərkən xəzinə tapdılar

30 Aprel 2017 16:37

Belarus səfiri: Bakıda idmançılara yaradılmış şərait ən yüksək nailiyyətlər qazanmalarına imkan verir

30 Aprel 2017 16:36