Bu qanun Azərbaycanda QHT-lərə problem yaradıb - AÇIQLAMA

Bu qanun Azərbaycanda QHT-lərə problem yaradıb - AÇIQLAMA
16:44 21 Aprel 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

 

"Maliyyə Bazarlarına Nəzarət Palatası QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edir".

 

"Nağdsız hesablaşmalar haqqında" qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır". Bunu "APA-Economics"ə Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti iflic olub. S. Məmmədov deyir ki, qanuna görə sahibkarlıq subyektləri üçün ay ərzində nağdılaşdırma ilə bağlı 15 min manatlıq, büdcə vəsaitləri ilə bağlı hər bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən edilib. Onun fikrincə, bu limitlər tətbiqi fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri, eləcə də bankların fəaliyyətinə mənfi təsir edir. Şura üzvü hesab edir ki, ölkədəki bəzi sahibkarlıq subyektləri, xidmət sahələri nağdsız hesablaşmaya hazır deyil: “Bankların çoxu heç 5 min manatdan aşağı müqavilələr üzrə ödənişlər etmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları qanunu düzgün əsaslandıra bilmir. Palatanın göndərdiyi məktubun özü qüsurludur. Məsələn, banklar bilmir ki, bu özəl şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki, nağdsız hesablaşmalara görə limit yalnız dövlət büdcəsinin vəsaitlərinə aid olmalıdır. Banklar 5000 manatdan 1 manat artıq nağdılaşdırma olanda əməliyyat aparmır. Nəticədə nə əmələ gəlir? Banklar itirir. Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdılaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər. Ölkədə xidmət və ticarət sahəsində mövcud olan strukturların təxminən 80%-nin heç bank hesabları yoxdur. Məsələn, kimsə ezamiyyətə olanda Kürdəmir və ya Ağsuda nahar edirsə, bu ödəniş üçün bankdan neçə köçürmə etmək olar? Bununla bağlı mexanizm yoxdur. Yaxud ezamiyyətə gedəndə şəxsi avtomobillərlə xidmət göstərənlərin nə çekləri, nə də ki, bank hesabları var. Sadəcə onlar aylıq ödənişləri edirlər. Xarici ezamiyyətə gedən şəxsin nəqliyyat, yemək xərclərini necə ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur. Elə ödəniş formaları var ki, onları köçürmə ilə etmək mümkün deyil. Məsələn, kimsə gedib 3 manatlıq dəftərxana ləvazimatları almalıdır və yaxud ezamiyyətə gedəndə 5 manat yemək pulu verməlidir. Xaricdə ezamiyyətdə olan şəxs heç əvvəlcədən qidalanma üçün xərcinin nə qədər olacağını bilmir. İndi bu şəxs bankdan invoys götürməli və gətirib onu ödəməlidir. Bütün dünyada nağdsız hesablaşmalar məsələsi könüllü həll olunub. Xarici ölkələrdə, İsveçrədə nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Sadəcə, bu ölkələrdə sistem o qədər mükəmməldir ki, əhali özü nağdsız ödənişə meyl edir. Azərbaycanda bunun icbari qaydada tətbiqi effekt verməyəcək. Çünki, Azərbaycanda adi supermarketlər belə nağdsız hesablaşmaya hazır deyilsə, hansısa yolun kənarında olan qəzet köşkü, su satılan yer, xidmət göstərən yeməkxananın buna hazır olmağından danışmaq olmaz”.

 

S.Məmmədov regionlardakı otellərin əksəriyyətinin nağdsız ödəniş qəbul etmədiyini deyir. Onun sözlərinə görə, QHT-lər regionlardakı otellərin əksəriyyətinə tədbir üçün müraciət edəndə, onlardan nağd ödəniş tələb olunur. S. Məmmədov əlavə edib ki, QHT təmsilçiləri nağdsız ödəniş təklif edəndə otellər tədbirin təşkil olunmasından imtina edilir. 

 

S. Məmmədov qeyd edib ki, fiziki şəxslər üçün “sahib kart”, hüquqi şəxslər üçün “biznes kart” modelinin tətbiqi də problemin həll olunmasına gətirib çıxarmayacaq. O, bunu sözügedən kartların nağd əməliyyat aparan zaman avtomatik bloka düşəcəyi ilə izah edir.

 

Şura üzvü bildirib ki, Maliyyə Bazarına Nəzarət Palatası Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa zidd olaraq "Nağdsız hesablaşmalar haqqında” qanunu geriyə şamil edir. “Qanunun qüvvəyə minməsindən əvvəl QHT-lərlə bağlanmış müqavilələr üzrə də nağdsız ödənişləri qadağan edib. Maraqlı odur ki, hazırda dövlət orqanlarını da ciddi narahat edən bu qanunla və onun qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir təsir mexanizmi yoxdur. Eyni zamanda, indi QHT-lərlə bağlı daha bir problem var. Məsələn,  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müqavilə üzrə nəzərdə tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən sonra yerdə qalan vəsait QHT-nin hesabına köçürülürdü. Bu qanunun tətbiqindən sonra hesabdakı vəsaitin çıxarılmasının heç bir mexanizmi yoxdur. Bu vəsaitlər bankın hesablarında qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin noyabrında qəbul edilib, bu tarixdən əvvəl bağlanan müqavilələrə görə vəsaitin çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qanun geri şamil edilə bilməz.  Maliyyə Bazarlarına Nəzarət Palatası Konstitusiya Qanununa belə məhəl qoymadan onu geriyə şamil edir. Nəticədə böyük bir xaos yaranıb”, - deyə S. Məmmədov vurğulayıb.

 

Vətəndaş cəmiyyətinin hər bir üzvünün bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov dövlət başçısının QHT sektoruna böyük dəstəyi fonunda MBNP-nin qərarlarını absurd sayır: “Bilirsiniz ki, prezident İlham Əliyev  Gənclər Fonduna 3 milyon manat ayırıb. Bu dövlət başçısının QHT sektoruna dəstəyinin bariz nümunəsidir. Bu baxımdan statusu bəlli olmayan publik hüquqi şəxs tərəfindən bu cür məhdudiyyətlərin qoyulması başa düşülən deyil. Bu orqanın banklara göstəriş vermək hüququ yoxdur. Palata mərkəzi icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı üçün məcburi xarakter daşıya bilməz. Palata yalnız tövsiyə verə bilər. Amma təəssüf ki, indiki halda Palatanın tövsiyələri konstitusiya qanunundan güclüdür”.

 

S. Məmmədov qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında qanun”un ziyanları daha çoxdur: “Məndə olan məlumata görə, kütləvi surətdə sahibkarlıq subyektləri bağlanır. Sahibkarlıq subyektləri bank əməliyyatlarını imkan dairəsində aradan qaldırır, hamısı nağd ödənişlərə gedir. Burada qanunun heç bir faydası yoxdur. Amma ziyanı çoxdur. Birincisi, sahibkarlıq subyektləri, hüquqi və fiziki şəxslər, QHT-lər, KİV-lər, bank əməliyyatları aparmaqdan çəkinəcək, hansısa yollar axtarmalı olacaqlar. İkincisi, nağdılaşdırmaya görə dövlət büdcəsinə vəsaitin daxil olması dayanacaq. Üçüncüsü, hər əməliyyat “cibdən-cibə” olacaqsa, vergilərin miqdarı azalacaq. Maliyyə çətinliyi ilə üzləşən banklar bu əməliyyatlardan xeyli fayda götürürdü. İndi banklar bu prosesin axırının necə olacağı ilə bağlı çaşqın vəziyyətdə qalıb. Banklar onsuz da iflas vəziyyətində idi. Bu qanunun tətbiqi bankların iflasını sürətləndirəcək, ölkədə bankçılığa maraq azalacaq. Nəticə  isə sarsıdıcı olacaq. Təəssüf ki, bununla bağlı heç kim izahat vermir. Maliyyə Bazarlarına Nəzarət Palatası, iqtisadiyyat sahəsində cavabdeh təşkilatlar bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir. Belə bir xaos davam edir. Bilmirəm necə olacaq? Nəticəsi bilinməyən proses gedir. Biz ümid edirik ki, bu məsələyə prezident müdaxilə edəcək. Çünki, başqa strukturların müdaxiləsi fayda vermədi. Biz hesab edirik ki, prezident bu məsələni tənzimləməlidir”.

 

“Maliyyə Bazarlarına Nəzarət Palatası QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edir"

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, 1 yanvar 2017-ci il tarixindən "Nağdsız hesablaşmalar haqqında" qanun qüvvəyə minib. “Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib. Biz qanunları icra edirik, müzakirə etmirik. QHT-lər də vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq “Nağdsız hesablaşmalar haqqında” qanunla müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər. QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edir", - deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, Milli Məclisin aprelin 7-də keçirdiyi plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklərə dair qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı iradına cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır.

 

“Dövlət vəsaiti hesabına aparılmış satınlamalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur.  Bu kartların 55 mini kredit, qalanı debet kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur” - deyə, R. Aslanlı vurğulayıb.

 

Milli Məclis sədri Oqtay Əsədov isə əlavə edib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: "Qanunu tələsik qəbul etdik. Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır". 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çağdaş tevdə ənənəvi elementlər - FOTO

28 İyun 2017 05:32

Qlobal kiber hücumdan ən çox Ukrayna ziyan çəkib

28 İyun 2017 05:29

İraq ordusu İŞİD terrorçularında Mosulun daha bir rayonunu azad edib

28 İyun 2017 05:15

Bu hərəkəti ilə futbolda yeni cığır açdı - VİDEO

28 İyun 2017 05:08

Ledi Qaqa gülüş hədəfi oldu

28 İyun 2017 05:04

Açıq məkanlı loft - FOTO

28 İyun 2017 04:32

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

28 İyun 2017 04:03

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb

28 İyun 2017 04:02

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi

28 İyun 2017 03:54

Astroloji proqnoz -

28 İyun 2017 03:41

Riz kamera qarşısında - FOTO

28 İyun 2017 03:32

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 03:29

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42