Azərbaycanlı tanınmış aktyorun ölüm xəbəri yayıldı

Fərqli obrazları ilə seçilən aktyor Ülvi Həsənlinin halı pisləşib.

Metbuat.az xəbər verir ki, hadisə aktyorun rol aldığı serial zamanı baş verib. Çəkilişi davam etdirə bilməyən aktyorun öldüyü barədə xəbərlər də yayılıb.

Metbuat.az-a açıqlama verən aktyor vəziyyətindən danışıb:

“Artıq yaxşıyam, yavaş-yavaş düzəlirəm. Gərgin iş qrafiki, yuxusuzluq halımı pisləşdirdi. Son zamanlar əsəblərim çox gərilib. Haqsızlığa göz yuma bilmirəm. Çox həssas insan olduğum üçün sənətə aidiyyatı olmayanların meydanda at oynatması, kimlərinsə pul xatirinə özünü sənətkar adlandırması mənə pis təsir edir. Sənətdən xəbəri olmayanlar aktyorluq dərsləri verməklə məşğuldur. Hətta məni elə bir vəziyyətə gətirib çıxarıblar ki, sevimli işimi, vətənimi tərk edib, mənə dəyər verilən yerdə olmaq istəyirəm".

Qeyd edək ki, 26 apreldə Ülvi Həsənlinin baş rol aldığı “Nazlı” romantik-komediyasının premyerası olacaq. Aktyor həmin gün pərəstişkarlarının qarşısına tam fərqli obrazla çıxacaq.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR