Bərdədə at skeletləri aşkarlandı - GÖRÜNTÜLƏR

Bərdədə at skeletləri aşkarlandı - GÖRÜNTÜLƏR
17:09 21 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 20-də Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "QAZ-el" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirilib.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

 

Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

 

Bildirək ki, DBNX-nin strukturları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna dəfələrlə xəbərdarlıq edilibr. Lakin buna baxmayaraq, görünür o hələ də qanunsuz bu kimi işlərdən əl çəkməyərək əməllərini davam etdirir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR