Paris terrorçusunun cəsədinin yanında MƏKTUB TAPILDI

Paris terrorçusunun cəsədinin yanında MƏKTUB TAPILDI
17:52 21 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə məşhur Kamps Elysees bulvarında polisə qarşı təşkil edilən terror aktında öldürülən dəstə üzvlərindən birinin cəsədinin yanında qeyd aşkar edilib.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, Paris terrorçusunun cəsədinin yanında İŞİD-i müdafiə edən yazılar yazılmış bir kağız tapılıb.

Qeyd edək ki, sözügedən silahlı hücum zamanı 1 polis dünyasını dəyişib, ikisi isə yaralanıb. İki terrorçudan biri öldürülüb. Hücumu İŞİD-in üzərinə götürdüyü və İŞİD terrorçusu olan fransız vətəndaşı Abu Yussuf Əl-Baljikinin həyata keçirdiyi açıqlanıb.
 
Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR