"İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır" - I vitse-prezident

"İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır" - I vitse-prezident
18:04 21 Aprel 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

“Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz”.

 

APA-nın məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

 

“Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə o vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR