Gəncədə ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı

Gəncədə ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı
18:23 21 Aprel 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində tələbə bıçaqlanıb.

Publika.az "Report"a istinadən bildirir ki, Azərbaycan Texnologiya Universitetinin tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

"Report"un əldə etdiyi məlumata görə, Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.

Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR